Azərbaycan Qızıl Aypara Cəmiyyəti tənha qoca, əlil, aztəminatlı və şəhid ailələrini təmsil edən 140 nəfərlə görüş keçirib

Posted by

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nizami rayon bölməsi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tənha qoca, əlil, aztəminatlı və şəhid ailələrini təmsil edən 140 nəfərlə görüş keçirib.

Nizami rayon bölməsinin sədri Rəna İbrahimova görüş iştirakçılarını bayramlar münasibətilə təbrik edib.

Əlil Süleyman Muradov çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Görüşdə iştirak edənlərə ərzaq bağlamaları paylanılıb.

AZƏRTAC