Azərbaycan Daşkənddə keçirilən MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edir

Posted by

MDB Hökumət Başçıları Şurasının (HBŞ) iclası bu gün Daşkənddə işinə başlayıb.

RİA “Novosti”nin məlumatına əsasən, iclas iştirakçıları iqtisadi, maliyyə və siyasi sahələrdə 19 məsələni nəzərdən keçirməyi planlaşdırır.

İlk dəfə Daşkənddə keçirilən MDB HBŞ-də Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistanın və Ermənistan baş nazirləri iştirak edirlər. Azərbaycan və Türkmənistan görüşdə baş nazirin müavinləri, Moldova isə MDB-nin nizamnamə və digər orqanları yanında səlahiyyətli nümayəndəsi səviyyəsində təmsil olunur.

Azərbaycanı iclasda baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edir. İclasda dar çərçivədə MDB-də iqtisadi əməkdaşlığın aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparılacağı, həmçinin HBŞ-nin növbəti görüşünün keçirilmə tarixi barədə razılıq əldə olunacağı güman edilir.

Görüşün gündəliyinə 19 məsələ daxildir. İştirakçılar beynəlxalq kartellərə qarşı effektiv mübarizə məqsədi ilə dünya ictimaiyyətinin səylərinin birləşdirilməsi, eləcə də 18 oktyabr 2011-ci il tarixli Azad Ticarət Zonası Sazişinin tətbiq edilməsi barədə qərar qəbul etməyi planlaşdırırlar.

Report