Azərbaycan ATƏT-in fəaliyyətdə olan sədrindən Yerevanda Kəlbəcər rayonunda girov götürülmüş azərbaycanlı girovların qaytarılması məsələsini qaldırmağı xahiş edib.
Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya xarici işlər naziri İvitsa Daçiç ilə danışıqların yekunu üzrə keçirilən brifinqdə deyib.
Trend.az