Avstriya telekanalı Heydər Əliyev Mərkəzində keçiriləcək “Silahların əfsanəsi” sərgisi haqqında süjet yayıb

Posted by

Avstriya telekanalı Heydər Əliyev Mərkəzində keçiriləcək "Silahların əfsanəsi" sərgisi haqqında süjet yayıb

 

Avstriya telekanalı Heydər Əliyev Mərkəzində keçiriləcək “Silahların əfsanəsi” sərgisi haqqında süjet yayıb

Avstriya telekanalı Heydər Əliyev Mərkəzində keçiriləcək "Silahların əfsanəsi" sərgisi haqqında süjet yayıb

 

Avstriyanın ORF (“Österreichischer Rundfunk – Austrian Broadcasting”) telekanalı Bakıda Heydər Əliyev Mərkəzində keçiriləcək “Silahların əfsanəsi” sərgisi haqqında süjet verib.

 

Trend-in məlumatına görə, sujetdə qeyd olunub ki, Bakıda keçiriləcək sərgi ilə bağlı artıq hazırlıq işlərinə başlanılıb və Almaniyadan eksponatlar Azərbaycana yola salınıb.

 

Sujetdə vurğulanıb ki, Heydər Əliyev Mərkəzində sərgiyə hazırlıq işləri aparılır.

 

Qeyd edək ki, martın 15-də Heydər Əliyev Mərkəzində “Silahların əfsanəsi” sərgisinin açılış mərasimi keçiriləcək.

 

Sərgidə Avropanın 16-18-ci əsrlərə aid tarixi silah və zirehli geyimləri nümayiş etdiriləcək.

 

İyunun 5-dək davam edəcək sərgidə ziyarətçilərə Avropanın 130 tarixi eksponatı təqdim olunacaq. Dünyanın ən böyük tarixi silah və zireh kolleksiyası – Avstriyanın əfsanəvi Qraz cəbbəxanasından nümunələr də bu eksponatlar sırasındadır.

 

Sərgidə nümayiş olunacaq silah və zirehlər müxtəlif döyüşlərdə iştirak etmiş orijinal nümunələrdir. “Silahların əfsanəsi”nin davam etdiyi müddətdə izləyicilər tarixin canlı şahidi olacaq, hər bir eksponata dair maraqlı faktlar əldə edə biləcəklər.

 

Xatırladaq ki, bu kolleksiya indiyə qədər Avstriya, Kanada, ABŞ, İsveçrə, İtaliya və Yaponiyada nümayiş etdirilib. San-Fransisko, Hyuston, Nyu-York, Vaşinqton və s. şəhərlərdə 1 milyondan artıq ziyarətçi bu tarixi sərgini izləmək imkanı əldə edib.

 

Trend.az