Avropa Şurasının insan haqları üzrə komissarı: “2014-cü il insan haqları baxımından ağır il olub”

Posted by

Avropa Şurasının insan haqları üzrə komissarı: “2014-cü il insan haqları baxımından ağır il olub”Avropa Şurasının insan haqları üzrə komissarı: “2014-cü il insan haqları baxımından ağır il olub”

Avropa Şurasının insan haqları üzrə komissarı: “2014-cü il insan haqları baxımından ağır il olub”

“Media azadlığı insan azadlıqlarının bütün digәr istiqamətləri üçün açardır”. APA-nın Riqaya ezam olunmuş müxbirinin mәlumatına görә, bunu Avropa Şurasının insan haqları üzrә komissarı Nils Mujnieks Latviya paytaxtında keçirilən “Şәrq Tәrәfdaşlığı” ölkәlәrinin ilk media konfransında çıxışında deyib.

 

N. Mujnieks bildirib ki, 2014-cü il insan haqları baxımından ağır il olub: “İnsanların tәhlükәsizliyi bizi çox narahat edib vә edir. Xüsusilә Ukraynada Maydan hadisələri zamanı jurnalistlәrin durumu bizdə narahatlıq yaratmışdı. 100-dәn çox jurnalist etiraz aksiyaları zamanı hücuma mәruz qalıb. Ukraynada jurnalistlәrә qarşı hücumlar vә ölkənin şәrqindә münaqişə davam edir. Jurnalist Buzinanın ölümü dә vәziyyәtin pislәşdiyini göstәrir. Krımdakı vәziyyәt mәni xüsusi narahat edir. Krımda tatar televiyası tәhdidlәrә mәruz qalır, axtarış aparılır. Jurnalistlәri tәqib və tәhdid edirlәr. Bu davam etmәmәlidir. Tәәssüf ki, jurnalistlәr, KİV bəzən siyasi oyunların alәtinә çevrilir”.

 

N. Mujnieks “Şәrq Tәrәfdaşlığı” ölkәlәrindә media azadlığının durumundan da danışıb.

 

Apa.az