Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyətli mövqe nümayiş etdirməlidir

Posted by

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyətli mövqe nümayiş etdirməlidirAvropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyətli mövqe nümayiş etdirməlidir

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyətli mövqe nümayiş etdirməlidir

Oktyabrın 22-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

İctimai Birlikdən AzərTAc-a verilən məlumata görə, görüşdə B.Səfərov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyətli mövqe nümayiş etdirməli olan qurumların hələ də ikili standartları davam edir. O qeyd edib ki, münaqişə beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə həll olunmalıdır və biz bu istiqamətdə həm Avropa İttifaqından, həm də digər beynəlxalq qurumlardan qətiyyətli mövqe gözləyirik. Azərbaycan sülh tərəfdarıdır və biz həm öz ölkəmizdə, həm Cənubi Qafqaz regionunda, həm də bütün dünyada sülh istəyirik.

Görüşdə Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həllində yaxından iştirak etməsinin zəruriliyi vurğulanıb. Münaqişənin həlli üçün Aİ-nin dəstəyi və səyi nəticəsində icmalararası dialoqların təşkili, qurumun bu istiqamətdə mövcud proqram və layihələrində tərəflərin daha fəal iştirakının təmin olunması vacibdir.

Herbert Salber deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Avropa İttifaqı üçün çox vacib məsələdir və təşkilat münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin tərəfdarıdır. O əlavə edib ki, bu istiqamətdə danışıqların davam etdirilməsi çox önəmlidir.

 

AzərTac.az