Avropa İttifaqı Azərbaycanda vətəndaş cəmiyyətini maliyyələşdirən ən iri xarici donor olması ilə fəxr edir

Posted by

Avropa İttifaqı Azərbaycanda vətəndaş cəmiyyətini maliyyələşdirən ən iri xarici donor olması ilə fəxr edir

 

Avropa İttifaqı Azərbaycanda vətəndaş cəmiyyətini maliyyələşdirən ən iri xarici donor olması ilə fəxr edir

Avropa İttifaqı Azərbaycanda vətəndaş cəmiyyətini maliyyələşdirən ən iri xarici donor olması ilə fəxr edir

 

Avropa İttifaqı Azərbaycanda vətəndaş cəmiyyətini maliyyələşdirən ən iri xarici donor olması, ölkənin gələcək demokratik inkişafında bu yardım vasitəsilə Azərbaycanı və onun vətəndaşlarını dəstəkləməsi ilə fəxr edir. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard bildirib.

M.Mard qeyd edib: “İstənilən ölkədə əhalinin ən zəif təbəqələrinin ehtiyaclarının və milli islahat prosesinin monitorinqinin təbliğində, beynəlxalq səviyyədə insan və sosial hüquqlar sahəsində götürülmüş öhdəliklərin yerinə yetirilməsinin təmin olunmasında vətəndaş cəmiyyətinin rolu əvəzsizdir”.

Qeyd edək ki, Avropa İttifaqı insan hüquqları, demokratiya və regional inkişaf sahələrində Azərbaycandakı vətəndaş cəmiyyəti təşkilatları üçün 5 milyon manatdan artıq vəsait ayırır. Avropa İttifaqı Nümayəndliyi Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarının tədbirlərlə bağlı təkliflərin verilməsi üçün elan edilmiş son iki dəvətin nəticlərini bəyan edib. Nəticədə 15 layihə seçilib.

Qeyri Dövlət Qurumları İnkişafda (NSA) çərçivəsində yeddi layihə üçün 3 milyon AZN vəsait ayrılıb. Fəaliyyət kənd yerləri və regional inkişaf sahələrində həyata keçiriləcəkdir. 25 regionda 20 mindən artıq fermer və sahibkar tədbirlərdən birbaşa faydalanacaq.

Avropa Demokratiya və İnsan Hüquqları Aləti (ADİHA) çərrçivəsində səkkiz layihə üçün 2.2 milyon AZN ayrılıb. Tədbirlərdə əsas diqqət ictimai məlumatlandırmanı artırmaq, mülkiyyət hüquqları, qadın hüquqları, ölkədə seçki monitorinqi kimi məsələlərin təbliğ edilməsinə veriləcək.

Layihə həm Bakı, həm də regionlarda orta hesabla iki il ərzində həyata keçiriləcək. Bütün layihələrdə Azərbaycandan yerli vətəndaş cəmiyyəti nümayəndələri iştirak edəcək.

2007-ci ildən etibarən Avropa İttifaqı 60-dan çox tədbir üçün 12 milyon AZN-dən artıq vəsait ayırıb.

 

Trend.az