Avropa Parlamentinin deputatı: Azərbaycan torpaqlarının işğal altında qalması davamlı ola bilməz
Avropa Parlamentinin slovakiyalı deputatı Boris Zala eunews.az portalına müsahibəsində deyib ki, Azərbaycan torpaqlarının işğal altında qalması davamlı ola bilməz. Bu, Avropa İttifaqının xarici siyasəti qarşısında duran real məsələdir.
B. Zala bildirib ki, son hadisələr sözdə dondurulmuş münaqişənin hər an həqiqi müharibəyə çevrilə biləcəyini göstərdi. Buna görə də biz qətiyyətli addımlar atmalıyıq.
AzərTac.az