Avropa Parlamenti və AŞ PA-nin birgə bəyanatı: Azərbaycanda prezident seçkisi günü azad, ədalətli və şəffaf seçki prosesini müşahidə etmişik
Azərbaycanda prezident seçkisi günü azad, ədalətli və şəffaf seçki prosesini müşahidə etmişik. Azərbaycan hökümətinin cox sayda beynəlxalq və yerli müşahidəcilərin seckiləri izləməsinə imkan yaratması təqdirəlayiqdir. Trend-in məlumatına görə, prezident seçkilərinin nəticələrinə dair keçirilən birifinqdə Avropa Parlamenti və AŞ PA-nın Müşahidə Missiyasının birgə qəbul etdiyi bəyanatda qeyd olunub.
Avropa Parlamentinin nümayəndə heyətinin rəhbəri Pino Arlaçi bildirib ki, 9 oktyabrda keçirilən prezident seçkilərini izləmək üçün AŞ PA və Aİ nümayəndə heyətləri Azərbaycan höküməti tərəfindən dəvət olunub: “Nümayəndə heyətlərinin başçıları kimi biz seçki kampaniyasının və səsvermənin dinc şəkildə keçməsi münasibətilə Azərbaycan xalqını təbrik edirik.”
Onun sözlərinə görə, seçki günündən öncə və secki günü seçki prosesləri dinc həyata keçirilib: “Azərbaycan hokümətinin texniki hazırlığını görməkdən məmnunuq. Səsvermə günü secki məntəqələrində secicilərə təzyiq müşahidə etmədik. Seçki qanunvericiliyə uygun olaraq polis nümayəndələri secki məntəqələrində olmayıb. Buna baxmayaraq, seçki çərçivəsində müəyyən təkmilləşmələr aparmaq yaxşı olar. Əvvəlki seçkilərlə müqayisədə daha azad debatlar keçirilib. Müxalifətə seçkilər zamanı müəyyən fürsət və imkan pəncərəsi açılıb. Bu gələcəkdə inkişaf etdirilməlidir. Bu seçki prosesi bir baslanğıcdir. Biz Azərbaycan hökümətini demokratiyaya dogru aparan yolu ciddi şəkildə inkişaf etdirməyə çağırırıq”.
Pino Arlaçi bildirib ki, ölkə ərazisində seçki məntəqələrində, secki komissiyalarında çoxlu sayda qadın gorduk. Bu, gender bərabərliyi üçün önəmli faktordur.
Pino Arlaçi deyib ki, seçilərin böyük əksəriyyəti bir namizədə – İlham Əliyevə səs verdi və nəticələrə təsir edə biləcək ciddi pozuntular qeydə alınmadı.
O qeyd edib ki, Avropa Parlamenti seçkiləri irəliyə atılan addım kimi qiymətləndirir: “Biz prosesi müsahidə etmək və Azərbaycanın demokratikləşmə prosesinə kömək etməyə gəlmişik. Bu demokratikləşmə prosesi artıq baş verib”.
Pino Arlaçinin sözlərinə görə, seçkilərdə bülletenlərin seçki qutusuna atılması və digər pozuntularla bağlı informasiyalar təsdiqini tapmayıb.
Mətbuat konfransında AŞ PA nümayəndə heyətinin rəhbəri Robert Uolter bildirib ki, Azərbaycanda məcburi köçkünlərin olmasından xəbərdardırlar: “Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Azərbaycan hökuməti məcburi köçkünlərin və qaçqınların səsvermədə istirakı üçün hər bir şərait yaradıb”.
R.Uolter məğlub olan namizədlərin seçkinin nəticələrini qəbul edib-etməməsini onların öz işi hesab edir.
Yekun hesabatlar hər iki təşkilat tərəfindən gələcək həftələrdə çap olunacaq.