Avropa Parlamenti: AŞPA kimi beynəlxalq qurumlar Dağlıq Qarabağ haqqında birtərəfli qərar vermir
“AŞPA kimi beynəlxalq qurumlar Dağlıq Qarabağ haqqında birtərəfli qərar vermir. Biz Alyans olaraq təklif edirik ki, münaqişə tərəfləri bir araya gəlsinlər”.
Trend xəbər verir ki, bu barədə Avropa Parlamentinin Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti Yan Zahradin bildirib.
Onun sözlərinə görə, həm Gürcüstan, həm də Ermənistandan bir sıra partiyalar Alyansın üzvüdürlər: “Bir sıra transmilli qurumlar, o cümlədən AŞPA həmişə doğru qərar verməyə bilər. Bu fikirlərimi Ermənistandakı görüşlərimdə də ifadə etmişəm. Azərbaycanda da bunu bildirirəm”.
Trend.az