Avropa məhkəməsi qondarma “erməni soyqırımı”nı inkar etməyə icazə verdi
Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük palatası qondarma “erməni soyqırımı”nın inkarının söz azadlığı çərçivəsinə sığmadığını və qanunla cəzalandırıla bilinməyəcəyini tanıyıb. Bu barədə Trend AFP agentliyinə istinadən məlumat verir.
Bununla yanaşı, hakimlərdən 7-si əleyhinə olmaqla 10-u İsveçrə məhkəməsi tərəfindən Türkiyə Vətən Partiyasının lideri Doğu Perinçekin “erməni soyqırımı” böyük yalandır” ifadəsi ilə bağlı irqi diskriminasiyaya görə ittiham edilməsinin yolverilməz olduğunu tanıyıb.
Qeyd edək ki, 2007-ci ilin mart ayında Lozanna məhkəməsi D.Perinçeki irqi ayrı-seçkilikdə günahlandıraraq onun barəsində 90 günlük şərti həbs cəzasının verilməsi və 3000 İsveçrə frankı cərimə (2,5 min dollar) ödəməsinə dair qərar qəbul etmişdi.
Trend.az