Avronest Parlament Assambleyasının sosial komitəsinin iclasında azərbaycanlı deputatın hazırladığı sənəd müzakirəyə çıxarılmışdır

Posted by

Avronest Parlament Assambleyasının sosial komitəsinin Brüsseldə keçirilən iclasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ceyhun Osmanlının və Avropa Parlamentinin deputatı Tatyana Jdanokun həmmüəllifi olduqları “Şərq tərəfdaşlığı ölkələrində mədəniyyətlərarası dialoq” adlı sənəd Avropa Parlamentinin rəsmi sənədi kimi müzakirəyə çıxarılmışdır.

Sənəddə “Şərq tərəfdaşlığı” ölkələrində mədəniyyətlərarası dialoqun təbliği, irqçilik, rasizm, faşizmlə mübarizə və bir çox başqa məsələlər əksini tapmışdır. Eyni zamanda, Şərq tərəfdaşlığı ölkələrində münaqişələrin olduğu bölgələrdə mədəniyyət obyektlərinin qorunmasının zəruriliyi və bununla bağlı öhdəliklərə dair müddəalar sənəddə yer almışdır.

İclasda C. Osmanlının məruzəsindən sonra Ermənistan parlamentinin deputatları Azərbaycanın ərazi bütövlüyü ilə bağlı əsassız bəyanatlarla çıxış etmişlər. Erməni deputatların bu bəyanatlarına layiqli cavab verilmişdir.

Beləliklə, sənəd qəbul edilmiş və plenar iclasa tövsiyə olunmuşdur.

AzərTac.az