ATƏT PA-nın xüsusi nümayəndəsi Cənubi Qafqaz regionunda səfərdədir
ATƏT-in Cənubi Qafqaz üzrə Parlament Assambleyasının xüsusi nümayəndəsi Kristian Vigenini regionda səfərdədir. Bunu Trend-ə ATƏT PA-dan deyiblər.
K.Vigenini bu gün və sabah Yerevanda görüşlər keçirəcək, 25-26 may tarixlərində Gürcüstanda olacaq, sonra isə Azərbaycana gələcək.
K.Vigenini mayın 27-də Azərbaycanda Dağlıq Qarabağ münaqişəsini, qaçqın və məcburi köçkün problemini və digər məsələləri müzakirə edəcək.
Trend.az