ATƏT PA-nın vitse-prezidenti: “Dağlıq Qarabağda azərbaycanlı girovlar üzərində qurulan məhkəmə qanuni deyil”

Posted by

ATƏT PA-nın vitse-prezidenti: “Dağlıq Qarabağda azərbaycanlı girovlar üzərində qurulan məhkəmə qanuni deyil”ATƏT PA-nın vitse-prezidenti: “Dağlıq Qarabağda azərbaycanlı girovlar üzərində qurulan məhkəmə qanuni deyil”

[thumb=left]http://www.azhumanrights.az/az/uploads/posts/2014-11/1416384219_210f35ce591b9a4d9c58be9af5c731b7.jpg[/thu

“ATƏT PA tanınmamış “Dağlıq Qarabağ respublikası”nda azərbaycanlı girovlar üzərində qurulan “məhkəmə”ni qanuni hesab etmir”.

 

APA-nın məlumatına görə, bunu ATƏT Parlament Assambleyasının vitse-prezidenti Georgi Sereteli deyib. O bildirib ki, BMT və digər beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması faktını nəzərə alaraq keçirilən “məhkəmə”nin qanunsuz olduğunu söyləmək olar:

 

“Oxşar məhkəmələr tanınmamış Abxaziyada da keçirilə bilər, amma biz onu tanımırıq. Girovlarla bağlı məsələni biz hələ ATƏT PA-da müzakirə eləməmişik, amma onu deyə bilərəm ki, bu, beynəlxalq prinsiplərə uyğun prinsip olmalıdır və məsələ bu yolla həll edilməlidir”.

 

Vitse-prezident ATƏT-in girovların qaytarılması üçün hansı addımları atacağı barədə suala konkret cavab verə bilməyib: “Bu səpkidə suala konkret cavab vermək üçün hazırlıqlı olmaq lazımdır. Buna hazır deyiləm. Əlbəttə, ATƏT-in müvafiq qurumları var ki, bununla məşğul olurlar”.

 

Apa/az