ATƏT PA-nın müşahidə missiyasının rəhbəri: Azərbaycanda seçki prosesi yaxşıya doğru dəyişib
ATƏT Parlament Assambleyasının (PA) müşahidə missiyasının rəhbəri Doris Barnet hesab edir ki, son 20 ildə bütün dünyada, o cümlədən Azərbaycanda seçki prosesi yaxşı tərəfə dəyişib.
Barnet Trend-ə bildirib: “Biz seçki prosesində maraqlıyıq və onun Azərbaycanda neçə keçirildiyini bilmək istəyirik”.
Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Seçki məntəqələri saat 08:00-da açılıb və 19:00-da bağlanacaq.
Prezident seçkisində 10 namizəd mübarizə aparacaq. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, “Demokratik Qüvvələrin Milli Şurası” Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.