ATƏT-in İnsan Ölçüsü üzrə görüşündə Azərbaycanda insan haqları sahəsində həyata keçirilən işlərdən danışılıb

Posted by

ATƏT-in İnsan Ölçüsü üzrə görüşündə Azərbaycanda insan haqları sahəsində həyata keçirilən işlərdən danışılıb

ATƏT-in İnsan Ölçüsü üzrə görüşündə Azərbaycanda insan haqları sahəsində həyata keçirilən işlərdən danışılıb

ATƏT-in İnsan Ölçüsü üzrə görüşündə Azərbaycanda insan haqları sahəsində həyata keçirilən işlərdən danışılıb

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Varşava şəhərində ATƏT-in İnsan Ölçüsü üzrə illik görüşündə iştirak edib.

 

Aparatın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, gündəliyə əsasən illik görüşdə demokratik institutlar, insan hüquqları sahəsində qəbul edilmiş beynəlxalq paktlar, informasiya, həmçinin ifadə azadlığı, vətəndaş cəmiyyətinin insan hüquqlarının müdafiəsində rolu, humanitar məsələlər, insan alverinə qarşı mübarizə, qadınlar və kişilər üçün bərabər imkanlar, uşaq hüquqlarının müdafiəsi mövzularına həsr olunan işçi sessiyalar keçirilib.

 

Aydın Səfixanlı 2-ci və 3-cü işçi iclaslarda müvafiq mövzularla bağlı məruzə ilə çıxış edib. O deyib ki, hüquqi dövlət quruculuğu yolunu tutmuş Azərbaycan demokratik prinsiplərə uyğun dünyəvi dövlət qurmaqla bərabər, qüvvədə olan qanunvericiliyi ölkə Konstitusiyasına və beynəlxalq normalara uyğunlaşdırır. Azərbaycanda insan hüquqlarının təkmilləşdirilməsinə daim böyük diqqət yetirilir. Bu proses ölkədə aparılan hüquq islahatlarının əsas istiqamətlərindən birini təşkil edir və Ombudsman təsisatı uğurla fəaliyyət göstərir.

 

Aparat rəhbəri çıxışında Azərbaycanın müstəqillik tarixində insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi baxımından Konstitusiyaya

 

edilən əlavə və dəyişikliklərin əhəmiyyətinə də toxunub. O, həmçinin şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində davamlı həyata keçirilən strategiya nəticəsində Azərbaycanın böyük uğurlar əldə etməsi, ölkəmizin “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə ilk qoşulan dövlətlərdən biri olması barədə məlumat verib.

 

Digər iclasdakı çıxışı zamanı Ermənistan nümayəndə heyətinin təxribat xarakterli çıxışına cavab olaraq, A.Səfixanlı Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan ərazilərinin işğal edildiyini, Dağlıq Qarabağdan, həmçinin ona bitişik yeddi rayondan yerli azərbaycanlı əhalinin qovulduğunu, bir milyon soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, həmin insanların hüquqlarının kobud şəkildə pozulduğunu, işğal edilmiş ərazilərdə tarixi, dini, mədəni abidələrin, bütün infrastrukturun dağıdıldığını diqqətə çatdırıb.

 

Ombudsman Aparatı rəhbərinin hər iki sessiyadakı çıxışı tədbirin rəsmi sənədləri sırasına daxil edilib və ATƏT-in saytında yayılıb.

 

AZƏRTAC