ATƏT-in Minsk qrupunun amerikalı həmsədri regiona səfər edəcək
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik yaxın vaxtlarda Azərbaycan və Ermənistana səfər edəcəyini bildirib. Trend-in məlumatına görə, bu barədə C.Uorlik öz “Twitter” səhifəsində yazıb.
Həmsədr həmçinin qeyd edib ki, o, Dağlıq Qarabağda da olacaq.
Amerikalı həmsədrin səfərinin məqsədi Dağlıq Qarabağ münaqişəsinin həllində öz səylərinə başlamaqdır.
Qeyd edək ki, C.Uorlik ötən ay ATƏT-in Minsk qrupuna həmsədr təyin edilib. O, artıq vəzifəsinin icrasına başlayıb.