ATƏT-in Daimi Şurasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunur
Hal-hazırda ATƏT-in Daimi Şurasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunur. Trend-in məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz “Twitter” səhifəsində yazıb.
C.Uorlik qeyd edib: “ATƏT-in Daimi Şurasında Dağlıq Qarabağ münaqişəsi, həmçinin dünən helikopterin vurulması müzakirə olunur”.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.
Düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.
Trend.az