ATƏT-in cəbhənin Füzuli rayonu istiqamətindəki monitorinqi insidentsiz başa çatdı

Posted by

ATƏT-in cəbhənin Füzuli rayonu istiqamətindəki monitorinqi insidentsiz başa çatdıATƏT-in cəbhənin Füzuli rayonu istiqamətindəki monitorinqi insidentsiz başa çatdı

ATƏT-in cəbhənin Füzuli rayonu istiqamətindəki monitorinqi insidentsiz başa çatdı

ATƏT-in monitorinqi baş tutub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 2-də Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Svedberq, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Yevgeni Şarov və Saymon Tiller keçiriblər.

 

Trend.az