ATƏT-in Azərbaycanla bağlı hesabatı sərt tənqid olunacaq

Posted by

ATƏT-in Azərbaycanla bağlı hesabatı sərt tənqid olunacaqATƏT-in Azərbaycanla bağlı hesabatı sərt tənqid olunacaq

ATƏT-in Azərbaycanla bağlı hesabatı sərt tənqid olunacaq

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosununun (DTİHB) Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar hazırladığı hesabat ATƏT PA-nın payız sessiyasında sərt tənqid olunacaq. Bunu Trend-ə ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, Milli Məclisin deputatı Azay Quliyev deyib.

 

A.Quliyev bildirib ki, Azərbaycanda noyabrın 1-ə təyin edilmiş parlament seçkilərinin keçirilməsi üçün Azərbaycan dövləti bütün hüquqi, siyasi və demokratik şəraiti yaradıb: “Bu gün bütün siyasi partiyalar istənilən yerdə mitinqlərini, tədbirlərini keçirə və namizədlərini irəli sürə bilərlər. Seçkilərin demokratikliyini və şəffaflığını daha da artırmaq üçün beynəlxalq müşahidəçilər, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycana dəvət edilib. Ötən ayın 2-ci ongünlüyündə qurumun ekspertləri Bakıya gəlib hakimiyyət, müxalifət və QHT nümayəndələri ilə görüş keçirdilər və sonda seçkilərlə bağlı ilkin hesabat hazırladılar. Hesabatla tanış olandan sonra bir mənalı şəkildə deyə bilərəm ki, bu hesabat təəssüflər olsun ki, qərəzli və birtərəfli şəkildə hazırlanıb və bu səbəbdən reallığı əks etdirmir”.

 

A.Quliyev qeyd edib ki, bu hesabatda Azərbaycan dövlətinin, hakimiyyətinin, ayrı-ayrı müstəqil qeyri-hökumət təşkilatlarının mahiyyəti üzrə heç bir fikrinə rast gəlmək mümkün deyil: “Hesabatı oxuyandan sonra belə bir qənaətə gəlmək olur ki, DTİHB sanki noyabrın 1-də keçiriləcək parlament seçkilərini indidən kölgə altına salmaq və onun legitimliyini zədələmək məqsədilə belə bir sənəd hazırlayıb. Adətən belə hesabatlarda bütün maraqlı tərəflərin fikir və arqumentləri bərabər şəkildə nəzərə alınır. ATƏT-ə üzv olan digər ölkələrin timsalında biz bunun daima şahidi olmuşuq. Lakin Azərbaycana gəldikdə nədənsə ATƏT DTİHB bütün tərəfləri unudub, yalnız bir tərəfin mənfi fikirlərinə yer ayırıb. Demokratiya və hüququn aliliyini təbliğ və təşviq edən bu qurumun ölkəmə qarşı qeyri-demokratik və qeyri-obyektiv mövqeyi yumşaq desək qəbuledilməzdir və bu ikili yanaşma suveren ölkəyə qarşı ATƏT DTİHB tərəfindən tətbiq olunan haqsızlıqdır. Eyni zamanda bu hal ATƏT-in ümumi dəyərlərinə, xüsusilə DTİHB-in manadatına ziddir”

 

A.Quliyev bildirib ki, sentyabrın 15-dən 18-ə qədər ATƏT PA-nın Ulan-Batorda payız sessiyası keçiriləcək: “Sessiyada şübhəsiz ki, ATƏT DTİHB -in bu hesabatına münasibət bildirib onun qərəzli olması haqqında Milli Məclisin narazılığını qurumun diqqətinə çatdıracam. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu onu da bilməlidir ki, onsuzda əvvəlki illərdə də ölkəmizə qarşı sərgilədikləri bu cür qərəzli və yalnış mövqeyə görə onlar Azərbaycan ictimaiyyətində müsbət rəyə və imicə malik deyillər. İndi onların imkanı var ki, sonrakı hesabatlarında özlərinin qərəzsiz və obyektiv olduqlarını sübut edərək ictimai nüfuzlarına heç olmasa bundan sonra daha çox xələl gəlməsinə yol verməsinlər”.

 

Trend.az