ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin mandatı bir il müddətinə uzadılıb

Posted by

ATƏT Daimi Şurasının yanvarın 11-də keçirilmiş iclasında ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi, səfir Anjey Kaspşikin mandatı növbəti dəfə bir il müddətinə uzadılması qərarı açıqlanıb.

Polşalı diplomat 22-ci dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub.

A. Kaspşik bu vəzifəni 1997-ci ilin yanvarından daşıyır.

Qeyd edək ki, bu il ATƏT-ə sədrlik İtaliyaya keçib.

APA