Astanada Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı xüsusi işçi qrupunun növbəti iclası keçiriləcəkdir

Posted by

Yanvarın 28-30-da Qazaxıstanın Astana şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun növbəti – 35-ci iclası keçiriləcəkdir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcəkdir.

Səfər çərçivəsində Azərbaycanın və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsi də nəzərdə tutulmuşdur.

AzərTac.az