Sentyabrın 10-11 də Astanada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiyalara dair Sammiti keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Sammitdə İƏT-ə üzv dövlətlərdən 80-ə yaxın nümayəndə heyəti, beynəlxalq və regional təşkilatlardan müşahidəçilər iştirak edəcəklər.
Sammitin məqsədi İƏT dövlətləri arasında elm və texnologiya, innovasiyalar və modernləşdirmə sahəsində əməkdaşlığın möhkəmləndirilməsidir. Tədbir çərçivəsində “XXI əsrdə artan elmin cəmiyyətə təsiri” “Davamlı inkişafda elm və texnologiyaların rolu”, “Müasir iqtisadiyyatda rəqabət və innovasiyalar” və “Elm və texnologiyalar sahəsində əməkdaşlığın inkişafı” mövzularında sessiyalar keçiriləcək. Sammitdə Astana Bəyannaməsinin qəbul olunacağı gözlənilir.
AZƏRTAC