Ağstafa-Poylu-Gürcüstan dövlət sərhəd avtomobil yolu istismara verilib
Bu gün Ağstafa-Poylu-Gürcüstan dövlət sərhəd avtomobil yolunun açılışı olub.
«Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev «APA-Economics»ə bildirib ki, açılış mərasimində nəqliyyat naziri Ziya Məmmədov, “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanov, Qazax rayon İcra Hakimiyyətinin rəhbəri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Onun sözlərinə görə, yolun uzunluğu 59 km, torpaq yatağının eni isə 12 m təşkil edir: “2011-ci ildən yolun əsaslı təmirinə başlanılıb. Yol 3-cü texniki dərəcəli, iki hərəkət zolaqlıdır. Yolun hərəkət hissələrində ayrıca olaraq ağ və sarı xətlər çəkilib”.
Qeyd edək ki, Ağstafa-Poylu-Gürcüstan dövlət sərhəd avtomobil yolu Qazax və Ağstafa rayonlarının kənd və yaşayış məntəqələrini, eləcə də Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunu ilə əlaqələndirəcək.