ARDNŞ prezidentinin müşaviri Bakı Ali Neft Məktəbinin tələbələri ilə görüşüb

Posted by

ARDNŞ prezidentinin müşaviri Bakı Ali Neft Məktəbinin tələbələri ilə görüşübARDNŞ prezidentinin müşaviri Bakı Ali Neft Məktəbinin tələbələri ilə görüşüb

ARDNŞ prezidentinin müşaviri Bakı Ali Neft Məktəbinin tələbələri ilə görüşüb

ARDNŞ prezidentinin müşaviri, “Azəri-Çıraq-Günəşli (AÇG)” layihəsinin Rəhbər Komitəsinin Texniki Altqurumunun sədri, AzAÇG şirkətinin baş icraçı direktoru Yaşar Lətifov və şirkətin mütəxəssisləri Oqtay Bağırov, Şaiq Bəkirov, Emin Əliyev Bakı Ali Neft Məktəbində (BANM) tələbələrlə görüş keçiriblər.

 

Məktəbdən APA-ya verilən xəbərə görə, tədbiri açan BANM rektoru Elmar Qasımov ARDNŞ-nın son illər keçdiyi inkişaf yolundan bəhs edib, şirkətin Azərbaycanda və ölkədən kənarda həyata keçirdiyi irimiqyaslı layihələri tələbələrin diqqətinə çatdırıb, onların ARDNŞ-ın gələcək yüksəkixtisaslı kadr olacaqlarına, Azərbaycanın neft sektorundakı nailiyyətlərini daha da artıracaqlarına əminlik ifadə edib.

 

Daha sonra ARDNŞ prezidentinin müşaviri Yaşar Lətifov tələbələr qarşısında AÇG layihəsinə dair videogörüntülü təqdimatla çıxış edib. Təqdimatda “Azəri-Çıraq-Günəşli” yatağının dünya səviyyəsində ən iri neft yataqlarından olduğunu, 1994-cü ildə Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış “Əsrin müqavilə”sinin icrası olduğunu, layihənin Azərbaycanın siyasətində, iqtisadiyyatında və vətəndaşların sosial həyatındakı önəmindən və rolundan bəhs edilib. Həmçinin təqdimatda layihənin ölkə başçısı İlham Əliyev tərəfindən müəyyən edilmiş yeni neft strategiyasının hazırlanmasında və uğurla həyata keçirilməsində qabaqcıl rolundan və bu neft kəmərinin dünya dövlətləri ilə Azərbaycan dövlətinin yeni münasibətlərinin, dünya xalqları ilə Azərbaycan xalqının əlaqələrinin yenidən qurulmasına təkan verəcəyindən, cənab prezidentin “Neft kapitalının insan kapitalına çevirək” şüarının əyani sübutu olduğu qeyd edilib.

 

Öz növbəsində şirkətin digər mütəxəssisləri AÇG layihəsi haqqında tələbələri ətraflı məlumatlandırıblar. Çıxışlardan sonra tələbələrin çoxsaylı sualları mütəxəssislər tərəfindən cavablandırılıb.

 

Tədbirin sonunda görüşün səmərəli keçməsindən məmnunluq ifadə olunub və ARDNŞ prezidentinin müşaviri Yaşar Lətifova BANM-nin “Fəxri qonaq” diplomu təqdim edilib.

 

APA.az