AŞPA prezidenti: “Ermənistan və Türkiyə öz aralarındakı problemi danışıqlar vasitəsilə həll etməlidir”

Posted by

AŞPA prezidenti: “Ermənistan və Türkiyə öz aralarındakı problemi danışıqlar vasitəsilə həll etməlidir”Ann Brassör erməni jurnalistinin uydurma “soyqırım” mövzusunda sualını cavablandırıb

AŞPA prezidenti: “Ermənistan və Türkiyə öz aralarındakı problemi danışıqlar vasitəsilə həll etməlidir”

Avropa Şurası Parlament Assambleyasının prezidenti Ann Brassörün mətbuat konfransında ona uydurma “erməni soyqırımı”nın 100-cü ildönümü və AŞPA-nın bu məsələyə münasibəti ilə bağlı sual ünvanlanıb. APA-nın Avropa müxbirinin xəbərinə görə, Ermənistan jurnalistinin sualını cavablandıran A. Brassör cavabında dünyada və Avropa məkanında bir çox münaqişənin mövcud olduğunu təəssüflə qeyd edərək bildirib ki, tərəflər bu məsələni öz aralarında danışıqlar vasitəsilə həll etməlidir:

 

“Ümid edirəm ki, hər iki tərəf bu məsələnin həll yolunu tapmaq üçün səylərini əsirgəməyəcək. Hər iki ölkənin danışıqlar vasitəsilə qarşılıqlı anlaşma əldə edəcəyinə ümid bəsləyirəm”.

 

Apa.az