AŞPA-nın sədri Azərbaycana səfərə gəlib
Azərbaycan ilə Avropa Şurası arasında çox yaxşı əmakdaşlıq mövcuddur.
Trend-in məlumatına görə, bunu Azərbaycana səfər gələn Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Pedro Aqramunt jurnalistlərə bildirib.
O qeyd edib ki, tərəflər arasında heç bir problem yoxdur.
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Pedro Aqramunt bu gün Azərbaycana səfərə gəlib.
Səfərin məqsədi haqqında bildirən P.Aqramut, Azərbaycanda bir sira yüksək səviyyəlli görüşlər keçirəcəyini, o cümlədən Milli Məclisin spikeri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçirəcəyi söyləyib.
Trend.az