AŞPA-nın payız sessiyası başlayır
Bu gün AŞPA-nın payız sessiyası başlayır.
APA-nın məlumatına görə, sessiya oktyabrın 14-dək davam edəcək. Sessiya zamanı Fransa prezidenti Fransua Oland, Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayer və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edəcəklər.
Payız sessiyasında Türkiyədəki vəziyyət, Ukrayna münaqişəsi, surroqatlıqla bağlı uşaq hüquqları, maliyyə və sosial ədalətin təminatı məsələləri, Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlığa dair müzakirələr aparılacaq. Estoniya xarici işlər naziri Jürgen Liqi sədrlik etdiyi AŞ Nazirlər Komitəsinin fəaliyyəti barədə hesabat verəcək.
Payız sessiyasında 2016-cı il üzrə “Vatslav Havel” insan haqları mükafatının qalibinin adı açıqlanacaq.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 9-dan Fransanın Strasburq şəhərinə gedib.
Apa.az