AŞPA-nın həmməruzəçiləri gələn ilin əvvəlində Azərbaycana səfər edəcəklər

Posted by

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Cozef Debono Qrexin və Pedro Aqramuntun gələn ilin əvvəlində Azərbaycana səfəri planlaşdırılır.

APA-nın məlumatına görə, səfər zamanı həmməruzəçilər Azərbaycanda rəsmi şəxslər, siyasi partiyalar və QHT nümayəndələri ilə görüşlər keçirəcəklər. Səfərin əsas məqsədi Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin icrası ilə bağlı vəziyyəti müşahidə etməkdir. Həmməruzəçilərin Bakıda Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbsi məsələsini də qaldıracaqları gözlənilir.

Xatırladaq ki, iyun səfəri zamanı D.Qrex və P.Aqramunt Azərbaycan üzrə yeni məruzənin hazırlanmasına başladıqlarını və bu sənədin yaxın 2-2,5 ilə hazır olacağını bildiriblər.

Qeyd edək ki, həmməruzəçilərin Azərbaycan üzrə ilk hesabatı AŞPA-nın yanvar sessiyası zamanı müzakirə olunaraq təsdiq edilib.