AŞPA Bürosunun iclasında Azərbaycanda keçiriləcək Daimi Komitənin işi müzakirə edilib

Posted by

AŞPA Bürosunun iclasında Azərbaycanda keçiriləcək Daimi Komitənin işi müzakirə edilib

AŞPA Bürosunun iclasında Azərbaycanda keçiriləcək Daimi Komitənin işi müzakirə edilib

AŞPA Bürosunun iclasında Azərbaycanda keçiriləcək Daimi Komitənin işi müzakirə edilib

AŞPA Bürosunun iclasının demək olar ki, böyük hissəsi Azərbaycanda keçiriləcək qurumun Daimi Komitəsinin işinə həsr olunmuşdu. Trend-in məlumatına görə, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) nümayəndə heyətinin sədri Səməd Seyidov cümə günü jurnalistlərə Büronun iclasında Azərbaycanla bağlı müzakirə olunan məsələlərə münasibət bildirərkən deyib.

 

S.Seyidov AŞPA Bürosunun iclasının yaxşı keçdiyini bildirib: “Bu gün baş tutan AŞPA Bürosunun iclası çox yaxşı keçdi. Biz bu gün may ayında Bakıda keçiriləcək Daimi Komitədə müzakirə olunacaq məsələlər və onlardan hansıların birinci və ya ikinci dərəcəli olduğunu müzakirə etdik. Bu gün Büroda qərar qəbul olundu ki, iyun ayında Azərbaycan Respublikasının prezidentinin AŞPA-da çıxışı və Avropa Şurası rəhbərliyi ilə görüşlərinin keçirilməsi ən yüksək səviyyədə bəyənilsin və dəstəklənsin. Azərbaycan Respublikasının xarici İşlər nazirinin may ayında Bakıda, iyun ayında isə AŞPA-da iştirakı və çıxışları geniş şəkildə müzakirə olundu və bəyənildi. Ümumiyyətlə, Azərbaycanın sədrliyi ilə bağlı bu ölkədə keçiriləcək müxtəlif tədbirlərin həm Azərbaycanda, həm də AŞ-də təşkil olunması müzakirə olundu. Ümumi tərzdə götürəndə, artıq Azərbaycan AŞ sədrliyinə başlayır və hazırlıq işləri yüksək səviyyədə gedir”.

Qeyd edək ki, AŞPA Bürosunun iclası bu il mayın 22-də, Daimi Komitəsinin iclası isə mayın 23-də Bakıda keçiriləcəkdir.

 

Trend.az