Ankarada “Əsrin soyqırımı Xocalıya beynəlxalq hüquqi baxış” mövzusunda konfrans keçirilib

Posted by

Ankarada “Əsrin soyqırımı Xocalıya beynəlxalq hüquqi baxış” mövzusunda konfrans keçirilib

Ankarada “Əsrin soyqırımı Xocalıya beynəlxalq hüquqi baxış” mövzusunda konfrans keçirilib

 

 

Ankarada “Əsrin soyqırımı Xocalıya beynəlxalq hüquqi baxış” mövzusunda konfrans keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının himayədarlığı ilə Ankarada “Əsrin soyqırımı Xocalıya beynəlxalq hüquqi baxış” mövzusunda konfrans keçirilib.

 

Türkiyədəki Avrasiya Vətəndaş Cəmiyyəti Əməkdaşlıq Dərnəyi, Avrasiya İqtisadi Əlaqələr Dərnəyi və Azərbaycanda fəaliyyət göstərən Soyqırımı Həqiqətlərinin Tanıdılması İctimai Birliyi tərəfindən təşkil olunan tədbirdə Türkiyə Böyük Millət Məclisinin üzvləri, Ankaradakı səfirliyimizin əməkdaşları, tanınmış hüquqşünaslar, tarixçilər, müxtəlif ictimai təşkilatların rəhbərləri iştirak ediblər.

 

Xocalı soyqırımını əks etdirən filmin nümayişi ilə başlanan konfransda çıxış edənlər Xocalıda baş verənlərlə bağlı təkzibolunmaz faktlar, video və fotoların olmasına baxmayaraq, bu hərbi cinayətin hələ də dünya birliyi tərəfindən tam şəkildə soyqırımı kimi tanınmaması, əvəzində qondarma “erməni soyqırımı” ilə bağlı əsassız iddiaların gündəmə gətirilməsini beynəlxalq arenadakı ikili standartlar siyasətinin bariz nümunəsi kimi dəyərləndiriblər.

 

Xocalıda Azərbaycan xalqına qarşı törədilən hərbi cinayətlərin müvafiq sahəyə dair bütün beynəlxalq sənədlərlə müəyyən edilmiş meyarlara əsasən soyqırımı olduğunu diqqətə çatdıran natiqlər bu ağır cinayəti törədənlərin cəzalandırılmasının vacibliyini vurğulayıblar.

 

Çıxışlarda Ermənistanın təcavüzkar əməllərinin, erməni qəsbkarlığının mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan dövləti və Heydər Əliyev Fondunun gördüyü işlər yüksək qiymətləndirilib.

 

AzərTac.az