Anjey Kaspşik cəbhədəki son vəziyyəti müzakirə etmək üçün Azərbaycana gəlib

Posted by

Anjey Kaspşik cəbhədəki son vəziyyəti müzakirə etmək üçün Azərbaycana gəlibAnjey Kaspşik cəbhədəki son vəziyyəti müzakirə etmək üçün Azərbaycana gəlib

Anjey Kaspşik cəbhədəki son vəziyyəti müzakirə etmək üçün Azərbaycana gəlib

ATƏT-in fəaliyyətə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşik Bakıdadır.

 

APA-nın məlumatına görə, bu barədə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye bildirib.

 

Səfir A. Kaspşikin cəbhədə xəttində son vəziyyətlə bağlı Azərbaycana gəldiyini deyib.

 

Onun yaranmış vəziyyəti Azərbaycan rəsmiləri ilə müzakirə edəcəyi gözlənilir.

 

Qeyd edək ki, noyabrın 12-də Azərbaycan Ordusu mövqelərinə hücum edən erməni hərbi helikopterini məhv edib. Helikopterin 3 pilotunun taleyi barədə heç bir məlumat yoxdur.

 

A. Kaspşikin noyabrın 18-də helikopterin düşdüyü yerə getmək istəməsi, lakin Azərbaycan tərəfi təhlükəsizliyə təminat vermədiyindən bunun baş tutmadı barədə məlumatlar var.

 

APA.az