Amsterdamda Bakıda keçiriləcək II “Global Shared Societies” Forumuna hazırlıq gedir
Bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Amsterdamda aprel ayında Bakıda keçirilməsi nəzərdə tutulan II “Global Shared Societies” Forumuna hazırlıq məqsədilə danışıqlar aparılır.
Trend-in Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə istinadən verdiyi məlumata görə, müzakirələrdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin və Hollandiyanın sabiq Baş Naziri, Madrid Klubunun sabiq prezidenti Vim Kokla yanaşı, beynəlxalq təşkilatların nümayəndələri ilə də görüşlər keçirilir.
II “Global Shared Societies” Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun birgə təşəbbüsü olmaqla yanaşı, I Cənubi Qafqaz Forumundan başlayaraq yaradılan şəbəkəyə dünyanın 60-dan çox sabiq ölkə və hökumət rəhbərlərini cəlb edə bilib.