Amerikalı müşahidəçi: “Azərbaycanda insanlar sakit şəraitdə istədikləri namizədə səs verirlər”
“Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə keçirilir. İnsanlar sakit şəraitdə istədikləri namizədə səs verirlər”.
Bunu APA-ya açıqlamasında ATƏT müşahidə missiyasının üzvü, amerikalı müşahidəçi Barbara Miller deyib.
O bildirib ki, müşahidə apardıqları zaman hələlik hər hansı qanun pozuntusu aşkarlanmayıb.
Müşahidəçinin sözlərinə görə, seçicilərin rahat şəkildə səs vermələri üçün lazımi şərait aradılıb.