Amerikada çıxan “The Coeur d’ Alene Press” qəzetində “Azərbaycan ABŞ-ın güclü müttəfiqidir” sərlövhəli məqalə dərc edilmişdir

Posted by

Amerikada çıxan “The Coeur d' Alene Press” qəzetində “Azərbaycan ABŞ-ın güclü müttəfiqidir” sərlövhəli məqalə dərc edilmişdir

 

Amerikada çıxan “The Coeur d’ Alene Press” qəzetində “Azərbaycan ABŞ-ın güclü müttəfiqidir” sərlövhəli məqalə dərc edilmişdir

Amerikada çıxan “The Coeur d' Alene Press” qəzetində “Azərbaycan ABŞ-ın güclü müttəfiqidir” sərlövhəli məqalə dərc edilmişdir

 

ABŞ-ın Aydaho ştatında nəşr edilən “The Coeur d’ Alene Press” qəzetinin saytında “Azərbaycan ABŞ-ın güclü müttəfiqidir” sərlövhəli məqalə yerləşdirilmişdir. Bu məqalədə AzərTAc-ın Macarıstandakı xüsusi müxbiri Pərvanə Qarayevanın və Azərbaycan icmasının üzvü Ruslan Babayevin müraciəti dərc edilmişdir.

Müəlliflər keçən həftə Arizona ştatında qəbul edilmiş 1008 nömrəli qətnaməyə görə ştat sakinlərinə təşəkkürlərini bildirirlər. Birləşmiş Ştatlarla Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın vacibliyi vurğulanan bu sənəd Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dinc yolla tənzimləməyə çağırır.

Məqalədə qeyd edilir ki, 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ regionu uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş vermiş, bu müharibədə 30 minə qədər insan öldürülmüşdür. Hərbi əməliyyatlar nəticəsində Azərbaycan ərazisinin beşdə bir hissəsi işğal edilmiş, bir milyona yaxın azərbaycanlı doğma yurdlarından kütləvi şəkildə qovulmuşdur. İşğalın hələ də davam etməsi və qaçqınların vəziyyəti Cənubi Qafqazda sülh və tərəqqi yolunda ciddi əngəl yaradır. Bu da öz növbəsində ABŞ-ın həmin regionda milli maraqlarına toxunur.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi gündən keçən 22 il ərzində Rusiya ilə İran arasında yerləşən bu regionda ABŞ-ın strateji müttəfiqidir.

2001-ci il sentyabrın 11-də Nyu-Yorkda terrorçuların hücumlarından dərhal sonra Azərbaycan Əfqanıstanda vuruşan Amerika qoşunlarının yerdəyişməsi və həmin qoşunlar üçün zəruri materialların daşınması məqsədilə bu regionda öz hava məkanını və aeroportlarını təqdim edən ilk dövlət olmuşdur. Azərbaycan əsgərləri Əfqanıstanda və İraqda sülhyaratma qüvvələrinin heyətində iştirak etmişlər. Azərbaycan Avropada və qlobal miqyasda enerji təhlükəsizliyinə töhfə verən mühüm tərəfdaşdır.

Müraciətin sonunda müəlliflər 1008 nömrəli qətnamənin qəbul edilməsinə görə, Arizona ştatının qanunvericilik məclisinə bir daha təşəkkür edirlər.

 

AzərTac.az