AMEA-nın 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan ümumi yığıncağı keçirilir

Posted by

AMEA-nın 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan ümumi yığıncağı keçirilir

AMEA-nın 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan ümumi yığıncağı keçirilir

AMEA-nın 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan ümumi yığıncağı keçirilir

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan ümumi yığıncağı keçirilir.

 

APA-nın xəbərinə görə, tədbirdən öncə AMEA rəhbərliyi, akademiyanın həqiqi və müxbir üzvləri Fəxri Xiyabanda Heydər Əliyevin və Zərifə Əliyevanın məzarını ziyarət ediblər.

 

Sonra Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin də iştirakı ilə AMEA-nın əsas binasında elmi müəssisə və təşkilatların 2013-cü ildəki fəaliyyətini əks etdirən kitab, jurnal və digər nəşrlərin sərgisi ilə tanışlıq olub.

 

AMEA-nın prezidenti, akademik Akif Əlizadə ümumi yığıncaqda çıxışı zamanı elmi təşkilatın 2013-cü il ərzində dövlət başçısının elmə dair qərarlarını rəhbər tutaraq uğurlu fəaliyyət göstərdiyini bildirib, elmi fəaliyyətin yeni meyarlarla təşkil və idarə olunması, elmi infrastrukturun müasirləşdirilməsi və qabaqcıl texnologiyaların tətbiqini həyata keçirilən islahatların əsas prinsipi kimi göstərib. O, Azərbaycanın regionun elm mərkəzinə çevrilməsi üçün bütün imkanlara sahib olduğunu, müasir İKT ilə təchiz edilmiş, regionda ən qabaqcıl kitabxanalardan olacaq İnformasiya Resursları Mərkəzinin istifadəyə tam hazır olduğunu və müasir elmi istiqamətlər üzrə yeni institutların yaradılacağını qeyd edib: “Müxtəlif sahələrdə xüsusi fərqlənən gənclərin “Gənclər üçün Prezident Mükafatı”na təqdim olunması, gənc alimlərin Avropanın elmi müəssisələrində fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil alması istiqamətində müvafiq işlərin aparılması akademiyanın gənclər və kadrlar siyasətinin tərkib hissəsidir. Hazırda “AMEA-nın 2020-ci ilə qədər İnkşaf Konsepsiyası” hazırlanır, elmi tədqiqatların prioritet və əsas istiqamətləri yenidən müəyyənləşdirilir və bu işlər artıq yekunlaşmaq üzrədir. III Bakı Beynəlxalq Humanitar Forumu kimi dünya əhəmiyyətli tədbirləri Azərbaycanın beynəlxalq elmi əməkdaşlıq mərkəzinə çevrilməsi yolunda mühüm nailiyyətdir”.

 

Akademiyanın 2013-cü ildəki fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edən AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev bildirib ki, hesabat ilində elmi müəssisələrdə 162 problem çərçivəsində 504 mövzu üzrə 1402 elmi-tədqiqat işi aparılıb, 110 mühüm elmi nəticə alınıb, onlardan 55 iş tətbiq olunub. Onun sözlərinə görə, akademiyanın alimləri tərəfindən 604-dən artıq kitab, 7208-dən artıq məqalə və tezis, o cümlədən xaricdə 2427-dən artıq məqalə və tezis çap etdirilib: “İmpakt faktorlu jurnallarda dərc olunmuş məqalələrin sayı əvvəlki illərlə müqayisədə xeyli artaraq 526-nı ötüb və onlara 3800-dən çox istinad olub. AMEA-da 24 elmlər doktoru və 124 fəlsəfə doktorluğu üzrə dissertasiyalar müdafiə edilib, AMEA-nın elmi müəssisələri tərəfindən 68 respublika və 45 beynəlxalq səviyyəli elmi tədbir keçirilib. AMEA-nın icraçısı olduğu 19 dövlət proqramından 3-ü artıq başa çatıb, 13-ü isə davam etdirilir. Elm və təhsilin inteqrasiyası gələcək elmi kadrların akademiyaya cəlb olunmasına şərait yaradıb”.

 

AMEA-nın illik yığıncağı davam edir və iclasda qarşıda duran vəzifələr, problemlər və gələcək işlərə nəzər salınır. İclasın sonunda bir neçə alimə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarını daşıyan mükafatlar təqdim ediləcək.

 

İclas davam edir.

 

 

Apa.az