AMEA Əlyazmalar İnstitutunda “Dədə Qorqud günü” keçirilib

Posted by

AMEA Əlyazmalar İnstitutunda “Dədə Qorqud günü” keçirilib

 

AMEA Əlyazmalar İnstitutunda “Dədə Qorqud günü” keçirilib

AMEA Əlyazmalar İnstitutunda “Dədə Qorqud günü” keçirilib

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Əlyazmalar İnstitutunda AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə “Dədə Qorqud kitabı”nın 1300 illik beynəlxalq yubiley tədbirinin ildönümü və Qorqudşünaslığın 200 illiyi münasibətilə “Dədə Qorqud günü” keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Folklor İnstitutunun direktoru Muxtar İmanov tədbirin keçirilməsinin əhəmiyyətindən, Qorqudşünaslığın 200 illiyi münasibətilə görülməsi nəzərdə tutulan işlərdən danışıb. O, Qorqudşünaslığa həsr olunan kitablar haqqında danışarkən bildirib ki, indiyədək Azərbaycan alimləri bu sahədə təqdirəlayiq elmi əsərlər çap etdiriblər.

 

Dilçilik İnstitutunun direktoru, professor Tofiq Hacıyev Dədə Qorqud dastanının dünyada təbliği istiqamətində dövlət səviyyəsində görülən işlərdən, dastanın dünya səviyyəsində tanıdılmasında Heydər Əliyevin rolundan danışıb.

 

Tədbirdə professor Əzizxan Tanrıverdiyev “Dədə Qorqud kitabı”ndakı bəzi sözlərin transkripsiyası və semantikası barədə”, f.ü.f.d. Xəliyyədin Xəlilli “Dədə Qorqud oğuznamələrinə dövlətçilik terminləri necə daxil edilib” mövzularında məruzə ilə çıxış ediblər.

 

Apa.az