Şamaxı Astrofizika Rəsədxanası: Hazırda Günəş aktivliyi sönməyə doğru gedir
“Hazırda Günəş aktivliyi sönməyə doğru gedir. Günəş aktivliyinin maksimum dövrünü keçdik. Ötən ilə nisbətən günəşdə alışmaların, şüalanmanın gücü və sayı azdır”.
Bunu APA-ya açıqlamasında N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer əlaqələri şöbəsinin müdiri Namiq Cəlilov deyib.
Onun sözlərinə görə, Günəşin aktivliyi aşağıdır keçən illə müqayisədə bu il çox da güclü alışmalar qeydə alınmayıb. Bütövlükdə aktivliyin səviyyəsinin aşağı düşdüyünü deyən N.Cəlilov qeyd edib ki, bu ümumi problemdir, amma nə ilə əlaqədar olduğu bilinir: “Günəşin maqnit aktivliyi getdikcə azalır. Bu il bəzi vaxtlarda həddən güclü alışmalar, tullantılar, maqnit qasırğaları olub, amma onlar təhlükəli dərəcədə olmayıb”.
APA.az