Almaniyanın təxminən 60 vətəndaşı Suriya və İraqda İD-nin tərəfində vuruşaraq həlak olub
Almaniyanın ən azı 60 vətəndaşı Suriya və İraqda “İslam Dövləti” (İD) terror qruplaşmasının tərəfində vuruşaraq həlak olub. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Almaniyanın konstitusiya müdafiəsi federal xidmətinin rəhbəri Hans-Georg Maasen bildirib.
“Federal xidmətinin məlumatına görə, əslən Almaniyadan olan İD-nin 60 terrorçusu hazırda həlak olublar. Bu islamçı təbliğatın acınacaqlı bir uğurudur”, – Maasen Welt am Sonntag nəşrinə müsahibəsində bildirib.
Maasenin sözlərinə görə, təxminən 550 alman Suriyaya və İraqa gediblər, onların çoxu İD-nin sıralarına qoşulublar. Onlardan 180-dən çoxu vətənə qayıdıb.
Xəbər verildiyi kimi, Almaniya polisi genişmiqyaslı əməliyyat zamanı terror birləşmələri, o cümlədən “İslam dövləti” (İD) ilə əlaqədə şübhəli bilinən doqquz nəfər saxlayıb.
Trend.az