Almaniyalı fotoqraf: Ola bilsin ki, Azərbaycan gimnastikasına həsr edilmiş fotosərgi hazırladım

Posted by

Almaniyalı fotoqraf: Ola bilsin ki, Azərbaycan gimnastikasına həsr edilmiş fotosərgi hazırladım

 

Almaniyalı fotoqraf: Ola bilsin ki, Azərbaycan gimnastikasına həsr edilmiş fotosərgi hazırladım

Almaniyalı fotoqraf: Ola bilsin ki, Azərbaycan gimnastikasına həsr edilmiş fotosərgi hazırladım

 

Bakıda qarşıdan gələn bədii gimnastika üzrə Avropa çempionatı təkcə komandalar və mütəxəssislər üçün deyil, həm də jurnalistlər üçün gözlənilən hadisədir. Son bir neçə ay ərzində Almaniyadan olan fotoqraf Laura Tisbrummel Bakının qonağı olub. O, Avropa çempionatını səbirsizliklə gözləyən və ona məhsuldar hazırlaşan Azərbaycan yığması ilə tanış olub. Laura Tisbrummel gördükləri barədə təəssüratlarını bölüşüb.

– Sizin Bakıya ezamiyyətiniz kifayət qədər uzunmüddətli oldu. Bu səfərin təşəbbüskarı siz özünüz oldunuz?

– Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, mən fotoqrafçılığı Münhen Universitetində öyrənirəm, buna qədər isə bədii gimnastika ilə məşğul olmuşam. İdmanın bu növü mənə yaxındır. İmtahan işlərinin dövrü çatıb və mən əsas olaraq idman mövzusunu götürdüm. Ona görə də layihə hazırlayıram. İndi hamı səbirsizliklə Avropa çempionatını gözləyir. Ona görə mən Bakıya gəlməyi və yeni zalı, komandaların məşqlərini öz gözlərimlə görməyi və təbii ki, mənim işimin əsasını təşkil edən şəkillər çəkməyi qərara aldım. Bundan başqa, Azərbaycan mənə bütün mənalarda maraqlıdır. Çünki ölkə tarixi və ənənələri ilə zəngindir. Və mənim gözləntilərim tam şəkildə özünü doğruldur, təəssüratlarım həddindən artıq çoxdur.

– Bakıda olduğunuz müddətdə biznes planı tam həcmdə yerinə yetirməyə nail oldunuzmu?

-Bəli. Komandaların məşqlərinə getdim, gimnast və məşqçilərlə ünsiyyət qurdum, möhtəşəm Gimnastika Arenasını gördüm. Fikrimcə, onun tayı-bərabəri yoxdur. Əlbəttə, artıq yeni təəssüratlar toplayacağım bilavasitə Avropa çempionatına növbəti səfərimi gözləyirəm.

– Bu sizin belə yarışda ilk iştirak təcrübənizdir?

-Bəli, əgər yarışın miqyası nəzərə alınarsa. Mənə iş prosesinin özü maraqlıdır, axı sən sonradan tarixə düşə biləcək fotoşəkillər çəkirsən. Bunların hamısı çox təsirlidir.

– Siz gimnastikaya uyğun olaraq şəkillərin hansı texnikasının tərəfdarısınız?

– Birmənalı olaraq söyləmək çətindir, çünki bu təkcə gülümsəyən sima deyil, həm də mürəkkəb idmandır. Şəkillər vasitəsilə gimnastların daxili dünyasını, onların həyacanlarını göstərməyə çalışıram. Axı onlar məqsədə çatmaq üçün çox şey qurban verirlər.

– Bəs gimnastlardan hansını çəkmək daha maraqlıdır?

– Çətin sualdır, cavab verə bilmərəm. Yeniyetmələri, idmanda onların necə ilk addımlarını atdıqlarını, məşqlərini müşahidə etmək maraqlıdır. Gözəl kompozisiya hazırlayan Azərbaycanın qrup komandasını qeyd edirəm. Onları təkcə çəkmirsən, həm də yenə və yenə müşahidə etməkdən yorulmursan. Peşəkarlıq nöqteyi-nəzərindən onların qarşılıqlı hərəkətləri, predmetləri atıb-tutmaları maraqlı təəssürat oyadır, insanın ruhunu oxşayır.

– Fotosərgi hazırlamağı düşünmüsünüzmü?

– Ola bilsin ki, elə də edəcəyəm. Ona görə ki, materiallar lap çoxdur və hesab edirəm ki, Almaniyada Azərbaycan komandasının da təsvir olunacağı bədii gimnastikaya həsr olunmuş sərgi təşkil etmək maraqlı olacaq.

 

Trend.az