Allahşükür Paşazadə Rusiyaya səfərə gedir
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə aprelin 10-da Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasına yola düşür.
QMİ-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfərdən məqsəd Şimali Qafqaz müsəlmanlarının Koordinasiya Şurasının sədri, Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyevin anadan olmasının 60-cı ildönümünə həsr olunmuş yubiley tədbirlərində iştirak etməkdir.
Səfər çərçivəsində Qaraçay-Çərkəzin paytaxtında QMİ sədri Şeyxülislam A. Paşazadənin sədrliyi ilə Qafqaz Xalqları Ali Dini Şurasının növbəti toplantısı keçiriləcəkdir.
Trend.az