“Rusiya Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində dünən baş verən hadisədən ciddi narahatlıq keçirir”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, rəsmi Moskvanın mövqeyi ATƏT-in Minsk Qrupunun 12 noyabr tarixli bəyanatında öz əksini tapıb: “Biz tərəfləri mövcud vəziyyətin gərginləşdirməyə yönələn addımlardan çəkinməyə çağırırıq. Azərbaycan və Ermənistan rəhbərliyini Soçi, Nyu-Port və Parisdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair görüşlərdə verilən bəyanatlara əməl etməyə çağırırıq. Münaqişənin sülh yolu ilə tənzimlənməsinə dair tərəflərin öz üzərinə götürdükləri məsuliyyəti xatırlatmaq istəyirik”.
Apa.az