Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri UNİCEF-in Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri ilə görüşüb

Posted by

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri UNİCEF-in Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri UNİCEF-in Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri UNİCEF-in Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri ilə görüşüb

Mayın 19-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova UNİCEF-in Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Andro Şilakadze ilə görüşüb.

 

AZƏRTAC xəbər verir ki, H.Hüseynova Komitənin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Komitə uşaqların müdafiəsinin gücləndirilməsi, onların hüquqlarının təmin edilməsi sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə müntəzəm olaraq tədbirlər keçirir. Bu tədbirlər minlərlə uşağı əhatə edib. Heydər Əliyev Fondunun və UNİCEF-in dəstəyi ilə AQUPDK tərəfindən 300-dək uşağın iştirakı ilə tədbirlər keçirilib. H.Hüseynova qeyd edib ki, Komitə bir sıra ölkələrin aidiyyəti dövlət qurumları ilə sıx əməkdaşlıq münasibətlərinin qurulmasını, eləcə də beynəlxalq təşkilatlar ilə əlaqələrin inkişaf etdirilməsini prioritet istiqamətlərdən biri kimi seçib.

 

A.Şilakadzenin ölkəmizdə fəaliyyət müddətinin başa çatmaqda olduğunu bildirən H.Hüseynova onun UNİCEF-Azərbaycan əlaqələrinin genişlənməsi və bu əməkdaşlığın səmərəli təşkili üçün göstərdiyi səyləri yüksək dəyərləndirərək gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

A.Şilakadze uşaqların müdafiəsi sahəsində Azərbaycanın uğurlu iş təcrübəsindən danışıb, ölkəmizdə uşaqların rifahının dəstəklənməsi, çətin həyat şəraitində olan uşaqların sosial xidmətlərlə əhatə edilməsi üçün məqsədyönlü fəaliyyətin həyata keçirildiyini bildirib. O, UNİCEF-in bu sahədə Azərbaycanla əməkdaşlığı davam etdirmək əzmində olduğunu vurğulayıb. A.Şilakadze ölkəmizdə olduğu dövrdə respublikamızda bütün sahələrdə inkişaf proseslərini maraqla izlədiyini və Azərbaycandan xoş təəssüratlarla ayrılacağını bildirib.

 

Daha sonra Azərbaycan hökuməti ilə UNİCEF arasında “2016-2020-ci illər üçün Əməkdaşlıq Proqramı” çərçivəsində “2016-2017-ci illər üçün UHK-ın Koordinasiyasına dair Dövri İş Planı” imzalanıb.

 

Görüş yeni İş Planı üzrə görüləcək işlərə dair müzakirələrlə davam edib.

 

Sonda H.Hüseynova yeni nəşr olunan “Azərbaycan ailəsi” adlı kitabı A.Şilakadzeyə təqdim edib.

 

AZƏRTAC