Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşların qəbulunu keçirib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova növbəti qəbulu Mingəçevir şəhərində keçirib. Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda Mingəçevir, Yevlax, Agdaş, Ucar, Kürdəmir, İmişli, Beyləqan və Zərdab rayonlarından olan vətəndaşlar iştirak ediblər. Qəbul zamanı müraciətlərin əksəriyyəti ailələri daha çox narahat edən məsələlər, xüsusilə qızların təhsildən yayınmaları, erkən nikah və boşanmaların yaratdığı problemlər, qadın sahibkarlara dəstək məsələləri ilə bağlı olub. İşlə təminat, alimentlərin ödənilməsindəki çətinliklər və digər məsələlərlə bağlı müraciətlər də dinlənilib.
Qəbul zamanı vətəndaşları narahat edən bir sıra məsələlərə münasibət bildirilib, eləcə də yerlərdəki müvafiq icra strukturlarına yönləndirilib, həmçinin həmin regionlardakı AUDM-in rəhbərlərinə məsələlərin nəzarətdə saxlanılması tapşırılıb.