Abonentlərin nəzərinə: Ödəmə terminallarından istifadə etməyin
ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi bütün abonentlərini xəbərdar edir.
İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, respublika üzrə “Modenis” MMC-yə məxsus E-manat və “Komtec” LTD-yə məxsus MilliÖN ödəmə terminallarının server sistemində yeni avadanlıqların quraşdırılması həyata keçirildiyi üçün bu gün saat 22:00-dan etibarən 13.12.2014-cü tarixdə saat 01:00-dək təbii qazdan istifadə məqsədi ilə smart-kart tipli qaz sayğaclarına pul yüklənilməsi üçün aparılan əməliyyatlarda 3 saatlıq fasilələr yaranacaq.
Qeyd olunan zaman ərzində abonentlərdən ödəniş etməmələri xahiş olunur.
Trend.az