ABŞ səfiri: “Ukraynada baş verənlər Dağlıq Qarabağ münaqişəsinin niyə həll olunmalı olduğunu bir daha göstərir”

Posted by

“Ukraynada baş verənlər Azərbaycan-ABŞ və Azərbaycan-Avropa Birliyi münasibətlərini daha əhəmiyyətli edir”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.

Onun sözlərinə görə, Ukraynada baş verənlər Dağlıq Qarabağ münaqişəsinin niyə həll olunmalı olduğunu bir daha göstərir: “Azərbaycan və Ermənistan Dağlıq Qarabağdakı münaqişənin həlli üçün addımlar atmalı, bununla da regiondakı qeyri-sabitliyi aradan qaldırmalıdır. Bu münaqişənin davam etməsi heç kimə lazım deyil”.

Ukraynadakı vəziyyəti şərh edən səfir ABŞ prezidenti və dövlət katibinin Krımla əlaqədar bəyanatlarına əsaslanıb: “Orada baş verənlər çox pis hadisədir və biz müvafiq addımlar atırıq”.

Apa.az