ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri Mətbuat Şurasında olublar

Posted by

ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə şöbə müdiri Stefan Qays və səfirliyin mətbuat katibi Nikolas Barnet yanvarın 15-də Mətbuat Şurasında olublar. Bu barədə Şuradan AzərTAc-a bildirilib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında məlumat verib. Bildirib ki, Şuranın başlıca missiyası media ilə bağlı şikayətlərin araşdırılmasından ibarətdir. O, Azərbaycanda söz və ifadə azadlığı ilə bağlı məsələlərdən də bəhs edib.

Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu Şuranın şikayətləri araşdırması təcrübəsi barədə danışıb. O, diqqəti şikayətlərdəki spesifik cəhətlərə, həmçinin mediada peşə prinsiplərinin pozulmasındakı xarakterik tendensiyalara cəlb edib.

Səfirliyin əməkdaşları medianın özünütənzimləməsini həyata keçirən Mətbuat Şurası ilə əməkdaşlığın vacibliyini bildiriblər.

AzərTac.az