ABŞ Konqresmeni: Azərbaycanın məqsədi enerji gələcəyini təmin etməkdir

Posted by

Azərbaycanın məqsədi enerji gələcəyini təmin etməkdir. Trend-in ABŞ-ın “Fox23” xəbər saytına istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Oklahama ştatından olan Konqresmen Cim Braydnstayn (Jim Bridenstine) bildirib.

Konqresmenin sözlərinə görə, ölkə Qərb şirkətləri, azad bazarlar və şəxsi kapitalı vasitəsilə Xəzər dənizinin enerji ehtiyatlarının işlənməsi və paylanmasını həyata keçirir.

C.Braydnstayn bildirib: “Özəl sektorun müttəfiqlərimizin enerji təhlükəsizliyini təmin etmək üçün potensialı var və Azərbaycan da buna sübutdur”.

Qeyd edək ki, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və konqresmen Cim Braydnstayn aprelin 13-də görüşərək enerji təhlükəsizliyinin qlobal siyasi stabillikdə rolunu müzakirə edəcək.

Trend.az