ABŞ dövlət katibinin köməkçisinin müavini Azərbaycana gəlib
ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubin Azərbaycana səfərə gəlib.
ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində E.Rubinin hökumət rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşləri gözlənilir.
Görüşlərdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq.