“Biz də münaqişənin həlli yolunda fəaliyyətimizi davam etdirəcəyik”
“Biz baş vermiş hadisədən xəbərdarıq, ölən və yaralananların ailələrinə başsağlığımızı çatdırırıq”.
APA-nın xəbərinə görə, bunu keçirdiyi gündəlik brifinqdə ABŞ Dövlət Departamentin sözçüsü Cen Psaki noyabrın 12-də cəbhədə Ermənistan Silahlı Qüvvələrinə məxsus helikopterin Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən vurulmasına münasibət bildirərkən deyib.
C. Psaki bildirib ki, tərəflər münaqişənin sülh yollu ilə həll olunması, gərginliyin azalması, eləcə də atəşkəs rejiminə riayət edilməsi üçün səylərini artırmalıdır.
“Biz Minsk Qrupunun həmsədr ölkəsi olaraq, tərəflərə kömək etməyə həmişə hazırıq və diplomatik kanallar vasitəsilə iki ölkəyə münaqişənin həlli üçün səylərin artırmasının zəruri olduğunu bildirmişik. Biz münaqişənin həlli yolunda fəaliyyətimizi davam etdirəcəyik”, – deyə C. Psaki qeyd edib.
Apa.az